Ru
21:34 / 21 Sentyabr 2026

Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi

Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
Eye

Böyük Britaniyanın Uorrinqton Məhkəməsi Türkiyənin "Trabzonspor" klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salahı altı ay müddətinə sürücülük hüququndan məhrum edib.


"Bakupost" BBC-yə istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində bildirilib.

İnsident martın 27-də Uilmslou şəhərində baş verib. Məhkəmə sənədlərində qeyd olunur ki, radarlar sürət həddinin aşılması faktını qeydə alarkən Salah "Rolls-Royce" avtomobilinin sükanı arxasında kimin olduğunu polisə bildirməyib.

Hücumçu prokurorluğun bildirişlərinə cavab verməyib və istintaqla razılaşmaya getməyib. Məhkəmənin qərarına əsasən, Salah 1 044 funt-sterlinq (təxminən 1 217 avro) məbləğində cərimə də ödəməlidir.

"Liverpul"un sabiq futbolçusu yol hərəkəti qaydalarını klubdan ayrıldığını elan etdikdən bir neçə gün sonra pozub.

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edirdi. Avqust ayında 34 yaşlı misirli futbolçu azad agent kimi "Trabzonspor"a transfer olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar