Ru
22:40 / 10 Yanvar 2026

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?
Eye

"Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb".

Bakupost.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3.8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar