Ru
11:35 / 26 Oktyabr 2026

Azərbaycanlı bloger Moskvada şəkil çəkdirmək istəyərkən təhqir edildi - VİDEO

Eye

Azərbaycanlı bloger Nadilə Rusiyanın paytaxtı Moskvada yerli qadının təhqirlərinə məruz qalıb.

“Bakupost” xəbər verir ki, hadisə Qırmızı meydanda, Vasili Blajennı kilsəsinin qarşısında baş verib.

Belə ki, Nadilə kilsənin önündə foto çəkdirmək istəyərkən naməlum qadın buna etiraz edib. Yayılan videoda qadının həmin ərazidə foto çəkdirməyin günah olduğunu dediyi, Nadiləni inanclı insanların hisslərinə hörmətsizlik etməkdə ittiham etdiyi eşidilir.

Qadın həmçinin Nadiləni söyüşlə təhqir edib.

Bloger paylaşımında qadının hadisə zamanı içkili olduğunu bildirib.

Qeyd edək ki, Vasili Blajennı kilsəsi Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənədək Moskvanın ən hündür tikilisi olan bu kilsə dünyanın ən məşhur memarlıq abidələrindən biri hesab olunur.

Lalə Novruz, Bakupost


Şərhlər
  • Roma

    Təsəvvür edin ki, hansısa bir Rusiya vətəndaşı Bakıda istənilən bir yerdə şəkil çəkdirmək istəyir və bizim bir vətəndaş tərəfindən elə bir təhqirə məruz qalır. Belə bir hadisə ola bilməz, olarsa başda Rusiya Dövləti, Duması, KİV-ləri (salovyovu, simanyanı, skareyobası, şeynini və s. və i...) hürməyə başlayardılar və bizi müharibə ilə hədələyərdilər.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar