ABŞ-nin Missisipi ştatında silahlı hücum nəticəsində 6 nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə The New York Post polis mənbələrinə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, 24 yaşlı Darika Mur Vest-Poynt şəhəri yaxınlığında yerləşən üç məhəllədə atəş açıb. Şübhəli şəxs əvvəlcə atasını, qardaşını və əmisini güllələyərək öldürüb. Daha sonra yeddi yaşlı qızı qətlə yetirən Mur hadisə yerindən uzaqlaşıb və başqa ərazidə daha iki kişini güllələyərək öldürüb.
Polis əməkdaşları şübhəlini saxlayıb. Bildirilir ki, Darika Muru törətdiyi cinayətlərə görə edam cəzası gözləyə bilər.
Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, baş verən hadisə son 10 il ərzində Missisipi ştatının tarixində qeydə alınan ən dəhşətli silahlı hücumlardan biri hesab olunur.