Ru
23:41 / 13 May 2026

Onlara Rusiya vətəndaşlığı verilməyəcək

Onlara Rusiya vətəndaşlığı verilməyəcək
Eye

Rusiya Federasiyası ərazisinə daxil olan miqrantlara nəzarətin daha da sərtləşdirilməsi, xüsusilə də öz ölkəsində qanunla problemi olan əcnəbilərin Rusiyaya miqrasiyasının qarşısının alınması planlaşdırılır.


Bakupost.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlama verib.

"Hesab edirəm ki, ölkəyə daxil olan miqrantlara nəzarət mexanizmləri gücləndirilməlidir. Rusiyada yaşamaq istəyən şəxslərə qarşı əlavə məhdudiyyətlər tətbiq olunmalıdır. Əgər müraciət edən şəxslərin öz ölkələrinin hüquq sistemi ilə problemləri varsa, onların haradan gəlməsindən asılı olmayaraq, vətəndaşlıq verilməsindən imtina etmək hüququmuz olmalıdır", - deyə Dumanın sədri bildirib.

V.Volodin xüsusi vurğulayıb ki, bu kimi addımların atılması qanuna tabe olan və öz ölkəsində hüquq qaydalarına əməl edən xarici vətəndaşların Rusiyaya miqrasiyası üçün daha əlverişli şəraitin formalaşmasına təkan verəcək.

O əlavə edib ki, əvvəllər məhkumluğu olan şəxslərə yaşamaq icazəsinin və Rusiya vətəndaşlığının verilməsindən imtina olunması birbaşa hüquqi əsas kimi qəbul ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar