Ru
23:24 / 13 May 2026

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi  - FOTO
Eye

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.

Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub.

Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar