Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı dron hücumu edib.
Bakupost.az xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Məlumata görə, Rivnedə dron yaşayış binasına çırpılıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Lutsk, Odessa, Kiyev, Xerson, Lvov və digər şəhərlərdə də partlayışlar və dağıntılar qeydə alınıb.
Enerji obyektləri, yaşayış binaları və nəqliyyat vasitələrinə ziyan dəyib. Lvov vilayətində isə hava hücumundan müdafiə sistemləri hazırda hücumun qarşısını almağa çalışır.