Ru
16:37 / 04 Mart 2021

Bu müxalif partiyalar YAP-a birləşir

3083
Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar yayılıb. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına birləşəcək.

Onlar aşağıdakılardır:

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,

- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,

- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

***

Milli Qurtuluş Partiyasının (sədr Vüqar Oruc) da qurultay keçirdiyi və qurultayda YAP-a birləşməklə bağlı qərar verdiyi qeyd edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər