Bədii qiraətçi, professor, əməkdar artist Nadir Hüseynov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qeyd edək ki, N. Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.
Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.