Ru
17:57 / 25 Sentyabr 2025

NATO Baş katibi Putin haqqında: "Dəhşətli dərəcədə dəlilikdir..."

NATO Baş katibi  Putin haqqında:  "Dəhşətli dərəcədə dəlilikdir..."
Eye

“Artıq Ukrayna üçün 2 milyard dollar həcmində paketlər ayrılıb. Digər paketlər hazırda nəzərdən keçirilir. Beləliklə, siz Ukraynaya daim axan ABŞ silahlarını görəcəksiniz və bunlar müttəfiqlər tərəfindən maliyyələşdiriləcək. Mən düşünürəm ki, sanksiyalarla birlikdə, NATO-nun ümumi olaraq kollektiv müdafiəmizə xərcləyəcəyimiz 5%-lik hədəfi ilə birlikdə, bu, iyun ayında Haaqada keçirilən sammitdə prezident Trampın xarici siyasətdə böyük uğuru idi. Bütün bunların nəticəsi olaraq, Rusiyaya təzyiq göstərir ki, o, məsələni ciddi qəbul etsin və işğalçılığa son qoysun.

Bakupost.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rütte Fox News-a müsahibəsində bildirib.
O əlavə edib ki, hazırda Rusiyanın bir ayda itkisi sovet qoşunları Əfqanıstandakı itkisindən çoxdur.

"Təsəvvür edə bilirsiniz? Əfqanıstanda 10 il ərzində itirilən qədər, indi Ukraynada bir ayda canlı qüvvə itirilir. Putinin bu addımı artıq dəhşətli dərəcədə dəlilikdir”,-deyə o, bildirib.

Ayxan, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar