Ru
16:39 / 02 Oktyabr 2025

NATO-da rus təyyarələrinin vurulmasına qarşı çıxdılar

 NATO-da rus təyyarələrinin vurulmasına qarşı çıxdılar
Eye

Şimali Atlantika Alyansının Rusiya hərbi təyyarələrini vurması doğru olmaz. Avropa liderlərinin versiyasına görə bu təyyarələr guya NATO ölkələrinin hava məkanına daxil olur.

Bakupost.az bildirir ki, bu barədə "Newsweek" jurnalına NATO-nun keçmiş transformasiya üzrə ali baş komandanı Jan-Pol Palomero açıqlama verib.

“NATO bunu etməməlidir. NATO hərəkətə hazır olmalıdır, amma zəruri müdafiə həddini aşmamalıdır,” — deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bəyan edib ki, Varşava və NATO ölkələri hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.

Nazirin sözlərinə görə, komandirlərə “Polşanı qorumaq” üçün qərar vermək səlahiyyəti verilib. O əlavə edib ki, pilotsuz uçuş aparatları ilə bağlı olduğu kimi, təyyarələrə qarşı da hərbçilərə “yaşıl işıq” yandırılıb.

Bundan əvvəl sentyabrın 29-da NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, admiral Ceyms Stavridis alyansı Rusiya aviasiyasına qarşı daha qəti addımlar atmağa çağırıb. Onun fikrincə, NATO hava məkanını pozan PUA və təyyarələri vurmalıdır və gələcəkdə Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqini də nəzərdən keçirməlidir.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri də NATO-nu PUA insidentlərinə həddindən artıq reaksiya verməməyə çağırıb.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar