Ru
17:06 / 09 Mart 2026

Naxçıvan və Zəngəzur dəhlizi təhlükədə – Kürd terrorçular Cənubi Azərbaycanda “Qəndil” yaradır

Naxçıvan və Zəngəzur dəhlizi təhlükədə – Kürd terrorçular Cənubi Azərbaycanda “Qəndil” yaradır
Eye

ABŞ və İsrailin İrana hücumlarını fürsət kimi görən PKK/PJAK bölgəni qan gölünə çevirməyə çalışır. İraqdan təxminən 2 min terrorçu İrana keçib.

Bakupost.az Türkiyəli jurnalist Yılmaz Bilgənə istinadən xəbər verir ki, PKK terror təşkilatının İran qolu sayılan PJAK “Qəndil”i İrana köçürür. Süleymaniyyədən İrana keçən terrorçuların sayının 2 mini keçdiyi bildirilir. Urmiyadakı mənbələr PKK/PJAK-ın Maku-Kotur-Salmas-Urmiya xəttini 1990-cı illərdə olduğu kimi yenidən terror dəhlizinə çevirdiyini deyiblər.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis, urmiyalı Rza Araz bildirib ki, təşkilat İraqda “Çəkiç Güc” əməliyyatı dövründə əldə etdiyi ərazi mövqeyinə bənzər bir strukturu indi Cənubi Azərbaycanda qurur.

Cənubi Azərbaycan türklərindən olan Rza Araz, “Xüsusilə şimal istiqamətində Maku-Urmiya ərazilərini yerləşmə nöqtəsi kimi seçiblər. Türkiyə sərhədi boyunca uzanan Kiçik və Böyük Ağrı dağlarının ətəklərindən başlayaraq Maku, Kotur, Salmas və Urmiya xətti boyunca sıldırım qayalıqlarda və dərin mağaralarda fəaliyyət göstərirlər”, – deyib.

Coğrafi quruluş partizan tipli strukturlar üçün əlverişlidir. Əgər bu ərazilərdə möhkəmlənsələr, Türkiyə-Azərbaycan-Naxçıvan keçidləri ciddi təhlükə altına düşər. Türkiyə 35 ildir ki, İraqdakı Qəndillə mübarizə aparır. İndi isə İranda qurduqları Qəndillə Türk dünyası və Cənubi Azərbaycanın başına böyük bəlalar açmağı hədəfləyirlər.”

İranda yüksək vəzifəli bir təhlükəsizlik rəsmisi bildirib ki, Tehran PKK-nı uzun müddət Türkiyəyə qarşı strateji alət kimi istifadə edib və indi həmin silahın özünə qarşı yönəldiyini görür.

İranlı rəsmi deyib: “Dambat (Maku), Silvana (Urmiya), Kotur (Xoy), Kenereş (Xana-Piranşəhr) və Şehidan (Urmiyd) bölgələrində PKK düşərgələrinə dövlət siyasəti kimi göz yumuldu. Hətta SEPAH və kəşfiyyat qurumları tərəfindən bu düşərgələrə dolayı və birbaşa logistika dəstəyi verildi. Urmiya xəstəxanalarında yaralı terrorçuların müalicəsinə şərait yaradıldı”.

Güney Azərbaycanlı ekspert Rza Arazın sözlərinə görə, “PKK/PJAK yalnız dağlıq ərazilərdə mağaralarda və kənd zonalarında təşkilatlanmır. Urmiya başda olmaqla şəhər mərkəzlərində də hücum hazırlıqları tamamlanıb. Şəhər döyüşlərinə uyğun silah və sursat ehtiyatı toplanıb.

Xüsusilə Türkiyə sərhədinə yaxın dağ kəndləri hazırda PJAK terrorçularının gizləndiyi və sursat saxladığı təhlükəsiz məntəqələrə çevrilib. PJAK-la Suriya SDG-sinə bənzər ittifaq elan edən İran Kürdüstan Demokrat Partiyası (İ-KDP) və Komala kimi təşkilatlarla da bölgə üzrə əməkdaşlıq qurulub.

PKK/PJAK-ın Qərbi Azərbaycan vilayətində (xüsusilə Maku və şimal xəttində) nəzarəti ələ alması təkcə sərhəd təhlükəsizliyi problemi deyil. Bu, Türkiyənin Türk dünyasına açılan yeganə quru qapısı olan 13 kilometrlik Dilucu-Sədərək sərhəd xəttinin faktiki olaraq funksiyasız hala gəlməsi deməkdir”.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Rza Araz bildirib ki, geosiyasi düyün nöqtəsindəki təhlükə üç mərhələdə birləşir.

Türkiyə ilə Naxçıvan arasındakı dar dəhliz cənubdan – İran tərəfdəki Boralan və Maku dağlarından terror təşkilatının birbaşa atəş və müşahidə sahəsinə düşür. Boralan yaylalarında yerləşən silahlı struktur Dilucu sərhəd qapısını və bölgədəki bütün ticarət və hərbi hərəkəti sabotaj riski altında girova çevirə bilər.

Türkiyə və Azərbaycanın ən böyük strateji layihələrindən biri olan Zəngəzur dəhlizi bu bölgənin şimalından keçir. PKK-nın bölgədə mövcudluğu Ermənistan və PKK-nın maraqları ilə paralel şəkildə Türk dünyasını birləşdirəcək bu strateji xəttin təhlükəsizliyini İran ərazisi üzərindən mümkünsüz edə bilər.

Bu vəziyyətdə Naxçıvan şimaldan Ermənistan, cənubdan isə terror təşkilatının nəzarətində olan “ikinci Qəndil” (Qərbi Azərbaycan bölgəsi) tərəfindən tam mühasirəyə alınmış vəziyyətə düşə bilər.

Bu ssenari Naxçıvanı müdafiəsiz qoyaraq bölgəni PKK və Ermənistanın siyasi təzyiqlərinə açıq hala gətirər və Türkiyənin Orta Asiya ilə yeganə birbaşa bağlantısını kəsə bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar