Ru
10:04 / 20 Yanvar 2023

Nazarbayev xəstəxanalıq oldu - Əməliyyat olunacaq

Nazarbayev xəstəxanalıq oldu - Əməliyyat olunacaq
Eye

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev təcili xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə uzun illər onun mətbuat xidmətində işləyən jurnalist Aleksandr Aksyutits bildirib.

O, qeyd edib ki, Nazarbayev ürəyindən əməliyyat oluna bilər.

Onun durumunun necə olduğu hələlik açıqlanmayıb.

Qeyd edək ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar