Ru
12:04 / 06 Oktyabr 2025

Nazir bu universitetin prorektorlarını işdən ÇIXARDI

Nazir bu universitetin prorektorlarını işdən ÇIXARDI
Eye

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad olunub.

Bakupost.az Yenisabah.az-a istinadən xəbər verir ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov işdən çıxarılıb.

Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar