Ru
16:13 / 13 Yanvar 2026

Nazir generalı təqaüdə göndərdi

Nazir generalı təqaüdə göndərdi
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.


Bakupost.az Qaynarinfo -ya istinadla xəbər verir ki, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.


Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar