Ru
16:50 / 10 Avqust 2020

Nazir istefa verdi

Nazir istefa verdi
Eye

Livanın ədliyyə naziri Mari Klod Nəcim istefa verib.

Bu barədə “Al-Hadath” məlumat yayıb.

Xatırladaq ki, ötən gün informasiya naziri Mənəl Abdül Səməd, ətraf mühit naziri Demianos Qəttər də analoji addım atmışdılar.

Ötən həftənin çərşənbə axşamı günü Beyrut limanındakı anbarda baş verən və azı 158 nəfərin ölümünə səbəb olan güclü partlayışdan hiddətlənən bəzi qruplar paytaxtda iğtişaşlar törədərək hökumət binalarına hücum edir, təhlükəsizlik qüvvələrilə toqquşurlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar