Ru
14:54 / 19 Oktyabr 2021

Nazir Kukla Teatrının direktorunu işdən çıxardı

3107
Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb: “Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər