Ru
17:24 / 13 Mart 2026

“Neftin bahalaşması yaxşıdır, amma ...” - İqtisadçı

“Neftin bahalaşması yaxşıdır, amma ...” - İqtisadçı
Eye

Son 15 gündə dəyərli qələm əhlindən ən çox aldığım sual budur ki, neft bahalaşır, bu Azərbaycana xeyirlidir, bəs hökumət sosial xərcləri artıra bilərmi?!

Bakupost.az xəbər verir ki, bu sözləri “Real” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib.

İqtisadçının sözlərinə görə, neft bahalaşanda, təbii ki, Azərbaycanın valyuta gəlirləri, daxiolmaları, ticarət dövriyyəsinin müsbət saldosu artır – bu çox yaxşıdır.

“Amma, dünyada neft bahalaşanda mal və xidmətlərin maya dəyəri, daşınma xərcləri, logistik yollarda xaotik duruma görə sığorta xərcləri də artır. Azərbaycan isə yediyinin-içdiyinin 75%-ni, geyindiyinin 87-88%-ni, əlində tutduğu telefonun, işlədiyi kompüterin 100%-i, sürdüyü maşının 99,5%-i, avtomobil ehtiyat hissələrinin 99%-i və s. xaricdən idxal edir: “İdxaldan bu qədər asılı olan ölkə, neft qiymətlərinin artmasına görə qazandığı, idxaldan asılılığına görə artıqlaması ilə itirir. Neft gəlirlərinin artması sosial xərcləri birbaşa artırmaz – bəlkə buna heç ehtiyac da yoxdur, gəlir artırsa, vergi-rüsum-cəriməliri azaltsınlar, bu daha yaxşı, daha doğru, daha təməl addım olar, iqtisadi aktivliyi canlandırar...”, – deyə N.Cəfərli qeyd edib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar