Qiymət artımı elektrik mühərrikli və sıxılmış maye qazla (STQ) işləyən avtobusların olduğu marşurtlara aiddir.
Bakupost.az xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, sözügedən kateqoriyaya aid olan marşurt xətlərində gediş haqqı 10 qəpik artıb:
“Tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir”.
Qeyd edək ki, Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib.