Ru
21:00 / 08 Oktyabr 2026

Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər

Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər
Eye

“Xalq şairi Nəriman Həsənzadənin adından belə bir səhifə açılıb. Həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir”.


"Bakupost" xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar birliyinin mətbuat katibi Xəyat Rza sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!”, - deyə o paylaşımında qeyd edib.

Xatırladaq ki, N.Həsənzadə bu il avqustun 1-i vəfat edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar