Ru
21:09 / 24 Sentyabr 2021

Nəsə baş verir: Əliyevlə Paşinyan bu ölkədə görüşərsə...

22555
Son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir, rəsmi Tiflisin vasitəçiliyi ilə danışıqların olduğu ehtimal edilir.

Bakupost.az xəbər verir ki, bu sözləri ReAL üzvü, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli özünüidarərtmənin, yerli icmaların gücləndirilməsi məsələsinin müzakirə olunmasına, Paşinyana müxalif olan qüvvələrin iclası boykot etməsinə diqqət çəkib. Bildirib ki, müxaliflər Paşinyanın Türkiyə və Azərbaycanla gizli danışıqlar apardığı, bu dəyişikliklərin gələcəkdə imzalanacaq sülh sazişinə, həm də Zəngəzur məsələsinə görə olduğunu iddia edib, hətta bu qanun dəyişikliklərini “xəyanət” adlandırıblar.

“Əgər birbaşa təmaslar varsa və ya yaranacaqsa, bunu ancaq alqışlamaq lazımdır, İlham Əliyevlə Paşinyanın Tiflisdə birbaşa görüşü, təması olsa, bu, bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi töhfə verə bilər. Əgər paralel olaraq da Ərdoğanla Paşinyanın görüşü baş tutsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş versə, bu da bölgəmiz üçün, həm də Azərbaycan üçün çox vacib addım olacaq.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb – bir tək Zəngəzur dəhlizi ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır, bu yol isə mütləq açılacaq, çünki koridorun açılmasından tək Azərbaycan və Türkiyə deyil də, hamı, o cümlədən Rusiya və Ermənistan da qazanacaq.

Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər”, - N.Cəfərli bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər