Ru
20:24 / 09 Yanvar 2026

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Nəsimi Nəbizadənin qardaşı həbs olundu
Eye

Uzun müddətdir narkotik asılılığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Polisin keçirdiyi əməliyyat nəticəsində E.Nəbizadə və onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

İki gün əvvəl tutulan E. Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı E.Nəbizadənin vəkili Anar Qasımlı saytımıza təsdiqləyib.

Qeyd edək ki, bu barədə ilk məlumatı yenilik.az saytı yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar