Ru
19:21 / 20 May 2026

Netanyahu milli təhlükəsizlik nazirini tənqid etdi

Netanyahu milli təhlükəsizlik nazirini tənqid etdi
Eye

İsrailin Baş naziri Binyamin Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirinin Qəzzaya yardım aparan Sumud donanmasının fəallarına qarşı davranışını tənqid edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, baş nazir həmçinin İsrailin Qəzza zolağına doğru gedən gəmilərini ələ keçirmək və etirazçıları saxlamaq hüququna malik olduğunu bildirib.

Netanyahunun ofisi tərəfindən yayılan açıqlamada qeyd olunub:

"İsrailin HƏMAS tərəfdarlarının təxribatçı donanmalarının ərazi sularımıza daxil olub Qəzza zolağına daşınmasının qarşısını almaq üçün tam hüququ var. Lakin nazir Ben-Qvirin donanma fəallarına qarşı davranışı İsrailin dəyərlərinə və normalarına uyğun deyil. Müvafiq orqanlara təxribatçıları mümkün qədər tez deportasiya etmək tapşırığı vermişəm".

Daha əvvəl Ben-Gvir özünün X sosial media səhifəsində Qəzza zolağı sahillərinə gedən Sumud donanmasının saxlanılan fəalların İsrailə gəlişinin görüntülərini əks etdirən video paylaşmışdı. Videoda saxlanılan şəxslərin diz çökdürüldüyü, əlləri bağlı, başları yerə dəydiyi və silahlı sərhədçilərin nəzarəti altında İsrail himnini dinləməyə məcbur edildiyi göstərilir.

Ben-Qvirin hərəkətləri əvvəllər İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən kəskin şəkildə pislənib. Saar MTN şefinin İsrailin siması olmadığına əminliyini ifadə etmişdi. Cavab olaraq Ben-Qvir İsrail hökumətində hələ də terrorizm tərəfdarları ilə necə davranacağını anlamayan insanların olduğunu deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar