Ru
19:49 / 25 May 2026

Nikol Paşinyan Kanadada evinin olması yönündə iddialara cavab verdi

Nikol Paşinyan Kanadada evinin olması yönündə iddialara cavab verdi
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyana qarşı ikinci dəfə məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, buna səbəb Samvel Karapetyanın baş nazirin Kanadada evinin olmasını bildirməsidir.

"O, Kanadada evim olduğunu deyir. Təbii ki, bu absurd ifadəsinə görə onu məhkəməyə verəcəyəm və o, üzr istəyəcək. Mənim bir evim var, o ev Ermənistandır", - deyə Paşinyan sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Mayın 14-də Paşinyan Karapetyanı onun barəsində Çindən bir tona yaxın halüsinogen göbələk gətirdiyini və çıxışlarından əvvəl istifadə etdiyini iddia etdiyi üçün məhkəməyə verib. Baş nazir 6 milyon dram (təxminən 16,200 dollar) təzminat tələb edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar