Ru
13:38 / 05 Mart 2026

Niyə məhz Naxçıvan Hava Limanı hədəf seçildi?

Niyə məhz Naxçıvan Hava Limanı hədəf seçildi?
Eye

İranın Naxçıvan istiqamətində dron zərbəsi endirməsi təsadüfi seçilmiş hədəf deyil. Molla rejimi yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi yoxdur və bu əlaqəni əsasən hava nəqliyyatı təmin edir.

Bakupost.az xəbər verir ki, bu səbəbdən Naxçıvan Hava Limanını hədəf almaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini zəiflətmək və ya tam kəsmək məqsədi güdülə bilər. Hava limanı regionun strateji infrastrukturlarından biridir və mülki əhalinin hərəkəti, eləcə də logistika baxımından mühüm rol oynayır.

Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan da eyni strategiyadan istifadə edərək Naxçıvanın blokadasını dərinləşdirməyə çalışmışdı. Həmin dövrdə kommunikasiya xətlərinin bağlanması və nəqliyyat imkanlarının məhdudlaşdırılması Naxçıvanın təcridini gücləndirməyə yönəlmişdi.

Bu baxımdan Naxçıvan Hava Limanına zərbə cəhdi yalnız hərbi deyil, həm də strateji və psixoloji təzyiq aləti kimi qiymətləndirilə bilər. Məqsəd Naxçıvanın Azərbaycanla əlaqələrini zəiflətmək və regionda gərginliyi artırmaqdır.

Elnur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar