Ötən gecə Rusiya Odessaya dronlarla hücum edib.
Bakupost.az xəbər verir ki, hücum nəticəsində 9 mərtəbəli yaşayış binası və bir sıra mülki infrastruktur obyektləri zərər görüb. Bir neçə mənzildə yanğın baş verib. Altı mənzil tamamilə dağılıb, daha 36-sı isə qismən zədələnib. Binadan 50 sakin təxliyə edilib.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır. Azyaşlılar tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, gecə ərzində Rusiya Ukrayna ərazisinə 52 PUA ilə hücum edilib, onlardan 40-ı zərərsizləşdirilib. Dron zərbələri 7 fərqli ərazidə qeydə alınıb, daha bir yerdə isə vurulan dronun qalıqları düşüb.
Aysel,
BakuPost

