Ru
14:21 / 06 Dekabr 2019

Oğuzlar Azərbaycana nə vaxt gəlib? - Yanlış tarix...

4515
Mənim yazdığım tarixi romanların heç birində uydurma yoxdur. “Göy Tanrı” romanı lap qədim tarixdən bəhs edir, oğuznamələr əsasında yazılıb.

BakuPost.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”nə geniş müsahibəsində deyib.

S.Rüstəmxanlı oğuzların Azərbaycana gəlişi və başqa mövzular haqda maraqlı fikirlər səsləndirib:

“Oğuzların tarixi çox qədimdir, deyirlər, guya onlar X-XI əsrlərdə Azərbaycana gəliblər. Halbuki onların tarixi Miladdan öncə VI əsrlə bağlıdır. Amma bəzi mənbələrdə deyilir ki, Oğuz xan eramızdan iki min il əvvəl yaşayıb. XI əsrdə oğuzlar artıq Avropada, Asiyada cövlan edirdilər. “Dədə Qorqud” dastanında da oğuzların çox qədim bir xalq olduğu göstərilir. Bu tarix hələ öyrənilməyib, yarımçıqdır və hind-Avropa mərkəzçi nəzəriyyənin tərəfdarları türkün burdakı izlərini mümkün qədər silməyə çalışırlar. Hansı tərəfə çəkirlər, altından türkün tarixi çıxır. Bu tarix gec-tez öyrəniləcək”.

Turan dövləti anlayışı haqda da danışan xalq şairi bunları deyib:

“Firdovsi “Şahnamə” əsərində özündən min beş yüz il əvvəlin tarixini yazıb. Orda göstərir ki, o zaman bir İran, bir də Turan vardı. Demək, e.ə. VI-V əsrlərdə Turan dövləti olub. Mənim yazdığım Alp Ər Tunqa Oğuz nəslinin davamçısıdır. Deyə bilərlər ki, bu, mifik tarixdir, amma mən buna inanıram. Alp Ər Tunqanın Misir sərhədlərinə qədər gedib çıxması tarixi həqiqətdir. Oğuznamələrdə də bu var və mən buna istinad etmişəm”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər