ABŞ da aparılmış yeni bir araşdırma göstərir ki, PFAS kimyəvi məhsullara məruz qalan analarda körpə ölümünün, erkən doğumun və aşağı doğum ağırlığının riski əhəmiyyətli dərəcədə artır.
Bakupost.az “Proceedings of the National Academy of Sciences”ə istinadən xəbər verir ki. yeni araşdırmaya görə, içməli suya qarışan PFAS kimyəvi maddələrinə məruz qalan hamilə qadınlarda bətndə ölü doğum riski üç dəfə artıb. Tədqiqat həmçinin erkən doğum və aşağı doğum ağırlığı hallarında əhəmiyyətli artımı aşkarlayıb.
Jurnalında dərc edilmiş araşdırma göstərir ki, 2010–2019-cu illər arasında 11 minə yaxın doğum məlumatını analiz edib. Nəticələr göstərib ki, PFAS ilə çirklənmiş su sağlamlığa ciddi zərər verir. PFAS maddələri yapışmayan tavalar, qida qablaşdırmaları və su keçirməyən parçalar kimi məhsullarda geniş yayılıb.
Arizona Universitetinin tədqiqatçıları 41 fərqli bölgədən toplanan məlumatları təhlil edib. Nəticələrə görə, PFOA və PFOS ilə çirklənmiş suyu içən analarda bətndə ölü doğum riski 191%, erkən doğum riski 20%, aşağı doğum ağırlığı riski isə 43% yüksək olub. Əvvəlki tədqiqatlar da PFAS ın bətn immuniteti zəiflədici və toksik təsir göstərən xüsusiyyətlərini təsdiqləyib.
Cavid, BakuPost