Ru
13:59 / 22 Yanvar 2020

Oqtay Əsədov İsrailə gedir

1818
Milli Məclisin Sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov yanvar 22-23-də Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş "Dünya Holokost Forumu 2020" (World Holocaust Forum 2020) tədbirlərində iştirak edəcəklər.

BakuPost.az Report-a istinadən xəbər verir ki, tədbirlərdə dünya liderlərinin iştirakı gözlənilir. İsrail Dövlətinin Prezidenti dünya liderlərinin unikal kampaniya vasitəsilə Holokost qurbanlarının anım gününü dəstəkləməyə dəvət edib. “Evanın hekayələri” (Eva Stories) milyonlarla gənclərə Holokost haqqında məlumat verəcək.

Yanvarın 22-də keçiriləcək tədbirlər Prezident iqamətgahında şam yeməyi, Yad Vaşemin mətbuat mərkəzində brifinq və yanvarın 23-də Yad Vaşemdə Dünya Xolokost Forumun əsas tədbirindən ibarət olacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər