Ru
11:41 / 23 Noyabr 2021

"Ötəngünkü çıxışıma görə üzr istəyirəm" - Tahir Kərimli

5097

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ötən gün Milli Məclisin smeta xərcləri ilə bağlı açıqlamalarına aydınlıq gətirib.


Bakupost.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat bildirib ki, Milli Məclisin rəhbərliyinin beynəlxalq fəaliyyəti göz qabağındadır.

T Kərimli qeyd edib ki, o, sənədlərə baxanda görüb ki, nəinki sürücülərin maaşı kəsilib, hətta onlara əlavə kurslara dövlət hesabına cəlb edilib: “Mən Milli Məclisin sədrindən ötəngünkü çıxışıma görə üzr istəyirəm. Xalqımdan da üzr istəyirəm”.


Deputat nəzərə çatdırıb ki, ilk dəfə COVİD-19-a yoluxan şəxslərə, deputatlara, işçilərə 500 manat pul verilib: “Eyni zamanda sənədlərə baxanda bir çox şəxsin vəzifələrinin artırıldığını da gördüm”.


Sədr Sahibə Qafarova isə tövsiyə edib ki, gələn dəfə sənədlərə əsaslanmayan, yanlış məlumatlara əsaslanan çıxışları bu Milli Məclisə daşımayaq və xalqımıza yanlış məlumat verməyək.



Şərhlər
  • Rəhim

    Tahir Kərimli, son dövrlər Milli Məclisdə aktivliyi ilə fərqlənir və bu mənə onun 1993-cü ildəki məşhur əsə-əsə çığıraraq olan çıxışını xatırladır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər