Pakistan ABŞ və İran arasında müharibəyə son qoymaq üçün “yekun sazişə dair müəyyən irəliləyiş” olduğunu təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bu barədə Pakistan ordusunun baş komandanı Asim Munir Tehrana səfərinin başa çatmasından sonra açıqlamasında məlumat verib.
O bildirib ki, son 24 saat ərzində aparılan intensiv danışıqlar yekun anlaşmaya doğru irəliləyişi təşviq edir.
Qeyd edək ki, daha öncə İran XİN də danışıqlarda irəliləyişin olduğunu bəyan etmişdi.