Ru
17:06 / 18 May 2026

Pakistan ordusu Yaxın Şərqdə ABŞ əsgərlərini əvəz edir?

Pakistan ordusu Yaxın Şərqdə ABŞ əsgərlərini əvəz edir?
Eye

Artıq Pakistan da hərbi müstəvidə Yaxın Şərqdə aktivləşmək yolunu tutub.

Belə ki, İslamabad müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirib.

Xarici mətbuatın yazdığına görə, İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd "JF-17 Thunder" qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan "HQ-9" HHM sistemi göndərib.

Onu da qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında ABŞ-nin də hərbi bazası var. Bu ölkədəki ABŞ hərbçilərinin sayı 2300-2700 arasındadır.

Siyasi şərhçi Arif Əliyev Bakupost.az-a bildirib ki, Pakistan qırıcı eskadronu və hərbçilərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsi bütün tərəflərlə razılaşdırılmış bir məsələdir:
“O cümlədən məsələ baş verən olayın qıcıq yarada biləcəyi tərəflərlə də razılaşdırılıb. İrana da ən azından hansısa bir formada əvvəlcədən məlumat verilib”.

Ekspertin sözlərinə görə, burada söhbət son nəticədə bölgənin iqtisadi əhəmiyyəti və təhlükəsizliyinin təminatından gedir:
“Pakistanın da bu prosesdə iştirakı geniş mənada ətrafdakı qüvvələrin heç birində etiraz doğurmayacaq”.

Bu addımın gələcəkdə bölgədə Pakistan hərbisinin Amerika hərbçilərini əvəzləməsilə nəticələnəcəyilə bağlı ehtimallara gəldikdə, müsahibimiz ABŞ-yə aid məsələdə gələcəklə bağlı hər hansı açıqlama verməyin hələlik tez olduğunu dedi:

“Bunu heç Trampın özü edə bilmir. Çünki sadə məsələ deyil. Ona görə hazırki situasiyada ABŞ-nin həmin bölgədən gedəcəyini demək olmaz”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar