Ru
21:09 / 21 May 2026

Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan

Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
Eye

Çiçəklənən Ermənistan Partiyasının lideri və iş adamı Qagik Çarukyan partiyasının deputatlığa namizədi Andranik Tevanyana qarşı casusluq ittihamları ilə bağlı sübut tələb edib.

Bakupost.az xəbər verir ki, Çarukyan Tevanyan haqqında deyilən hər şeyin böhtan olduğunu bildirib.

"Andranik Tevanyan mənim dostum və həmkarımdır. Bütün komandamız onun yanındadır. Qoy onun casus olduğunu sübut etsinlər. Əgər sübut edə bilmirlərsə, bu böhtana görə məsuliyyət tələb edirik. Əgər sübut edə bilirlərsə, mən şəxsən dostumu güllələyəcəyəm. Sübut etmirlərsə, onda böhtan atanların mənim şir qəfəsimə girməsinə icazə verin", - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Qarakilsədə (Vanadzor) keçirilən təşviqat kampaniyası zamanı Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar