Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı regionda yeni mərhələnin başladığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Onun sözlərinə görə, 2026-cı il Ermənistan üçün fərqli tarixi şəraitdə qarşılanır və uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycan və Ermənistan arasında sülh formalaşıb:
“Əvvəllər Ermənistan Respublikasının inkişafı üçün əsas çatışmayan amil məhz sabitlik və təhlükəsizlik idi.
Yeni ordu konsepsiyasına əsasən, silahlı qüvvələrin əsas missiyası yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsi olacaq. Beynəlxalq sülhməramlı əməliyyatlar istisna olmaqla, ordunun ölkə hüdudlarından kənarda istifadəsi nəzərdə tutulmur”.