Ru
16:59 / 04 Dekabr 2025

"Paşinyan KTMT-ni tərk etməyəcək" - SƏBƏB

"Paşinyan KTMT-ni tərk etməyəcək" - SƏBƏB
Eye

“Fikrimcə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək”.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq:

“Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar