Ru
23:16 / 20 May 2026

Paşinyan onu vətənə xəyanətdə ittiham etdi

Paşinyan onu vətənə xəyanətdə ittiham etdi
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı müxalif namizəd Andranik Tevanyana qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işinin açılacağını bəyan edib.

Bakupost.az xəbər verir ki, hökumət rəhbəri artıq müvafiq materialların hazırlandığını bildirib.

Paşinyan mitinqdəki çıxışında hüquq-mühafizə orqanlarına konkret tapşırıq verdiyini gizlətməyib:

“Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə rəsmi məlumat göndərəcək. Gözləyirik ki, Andranik Tevanyana qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılsın”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar