Ru
20:51 / 11 May 2026

Paşinyan Peskova cavab verdi: “Hər şeyə reaksiya verməli deyiləm”

Paşinyan Peskova cavab verdi: “Hər şeyə reaksiya verməli deyiləm”
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyi sammitində Rusiya əleyhinə açıqlamalarına reaksiya verilməməsini izah edib.

Bakupost.az xəbər verir ki, siyasətçi "hər şeyə reaksiya verməməli" olduğunu deyib.

Baş nazirin sözlərinə görə, sammitə ev sahibliyi edən ölkənin rəhbəri kimi o, heç kimin açıqlamalarını senzura etməməlidir.

"Avropa Siyasi Birliyi sammiti çoxtərəfli platformadır; onun harada keçirilildiyinin əhəmiyyəti yoxdur. Bu tədbir tərəfdaşlarımız üçün olduğu qədər mənim də tədbirimdir. Mən inanmıram ki, ev sahibi ölkənin rəhbəri kimi hər şeyi senzura etməliyəm və ya mütləq reaksiya verməliyəm", - deyə Paşinyan jurnalistlərə bildirib.

O, əlavə edib ki, Ermənistan kiçik bir ölkədir və qlobal işlərə qarışmaq niyyətində deyil.

10 may tarixində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Zelenskinin Yerevanda verdiyi anti-Rusiya açıqlamaları ilə bağlı Ermənistanın açıqlama verməsini gözləyir.

Kreml sözçüsünün sözlərinə görə, Rusiyaya qarşı yönəlmiş açıqlamalar üçün İrəvanda platforma yaratmaq Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ruhuna ziddir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar