Ru
14:51 / 20 May 2026

Paşinyandan qəribə davranış: Küçədə hər kəsə söyür - VİDEO

Paşinyandan qəribə davranış: Küçədə hər kəsə söyür  - VİDEO
Eye

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca gərginlik pik həddə çatır. Tərəflər bir-birinə qarşı ən sərt ifadələri işlətməkdən belə çəkinmirlər. Hətta seçki kampaniyası zamanı Baş nazir Paşinyana qarşı bir neçə dəfə fiziki hücum da olub.

Bakupost.az erməni mətbuatına istinadən xəbər verir ki, növbəti belə qarşıdurma Qarabağdan Ermənistana köçən ermənilərlə olub. Baş nazir onların ünvanına sərt ifadələr işlədib:

“Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var? Bunlar kimlərdir axı, gəlib indi mənə barmaq silkələyirlər?! Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Buna bax, deyir Artur Osipyanam, (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni. O zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub). Başınızı vurun divara. Gedib övladlarımızın yerinə siz həlak olardınız də. Talançı heyvanlar”.

Paşinyan həmin şəxsləri Qarabağda yaşayan erməniləri girov götürməkdə ittiham edib:

“İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Siz belə Qarabağ məsələsi qaldıransınızsa, gedib həlak olardınız. Niyə sağsınız ümumiyyətlə? İndi gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə, ay alçaq! Şahramanyan nə üçün sağdır? Nə üçün həlak olmadılar? Kim sizi qoruyub saxlayır ümumiyyətlə, ay şərəfsizlər? Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın Milli Məclisi var, Qarabağ hökuməti var. Hamısını kökündən təmizləyəcəm”.

Paşinyan konkret adlar çəkərək kimləri nəzərdə tutduğunu da deyib:

“Robinin (R.Koçaryan), Serjin (Serj Sarqsyan), Kaluqatsunun (Samvel Karapetyan), Qaqonun (Qaqik Tsarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm Ermənistandan!. Alçaqlar, siz nə üçün sağsınız?”

Bilal, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar