Ru
14:54 / 28 May 2026

Paşinyan yenə gəlmədi - Putin müzakirəyə çıxarır

Paşinyan yenə gəlmədi - Putin müzakirəyə çıxarır
Eye

Avrasiya İqtisadi İttifaqına (AİB) üzv ölkələrin liderləri cümə günü Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında bildirib.

“Ali Avrasiya İqtisadi Şurası sabah iclas keçirəcək. Düşünürəm ki, bu məsələ bu və ya digər dərəcədə müzakirə olunacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasının iclası Astanada baş tutacaq. Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Astana sammitində Ermənistan baş naziri iştirak etmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar