Ru
23:07 / 28 İyul 2025

Pavel Durov Parisdə 10 saat dindirildi - YENİLƏNDİ

Pavel Durov Parisdə 10 saat dindirildi - YENİLƏNDİ
Eye

“Teleqram” messencerinin qurucusu Pavel Durov 10 saata yaxın davam edən, üçüncü dəfə dindirilmədən sonra Parisdəki məhkəmə binasını tərk edib.


Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Agentliyin məlumatına görə, Durov vəkillərin müşayiəti ilə Paris vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə təxminən saat 22:00-red) Paris tribunalının binasını tərk edib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və sürətlə avtomaşınına tərəf gedib.


Qeyd olunur ki, iki hakim Durovu 2024-cü ilin avqustunda Fransada həbs edildikdən sonra mahiyyəti üzrə üçüncü dəfə dindirib.

***

20:58

“Telegram”ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.


Bakupost.az xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, o, "platformanın cinayət fəaliyyətində mümkün iştirakı" ilə bağlı yenidən dindirilib.

Məlumata görə, P.Durov dörd vəkilin müşayiəti ilə yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə günorta - red.) Paris məhkəməsinə gəlib.

Sosial şəbəkənin qurucusu və onun vəkilləri bu məlumatı şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda P.Durov Paris hava limanında saxlanılıb. Ona qarşı Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün altı maddə ilə ittiham irəli sürülüb. P.Durov 5 milyon avro məbləğində girov ödəmək və ölkəni tərk etməmək öhdəliyi ilə sərbəst buraxılıb. Dekabrda Paris məhkəməsi onu ilk dəfə işin mahiyyəti üzrə dindirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar