Ru
23:41 / 28 İyul 2025

Deputat açıqladı: İran rejimi tərəfindən təhdid edilirəm

Deputat açıqladı: İran rejimi tərəfindən təhdid edilirəm
Eye

Bu gün Belçika polisi və təhlükəsizlik xidmətləri təhlükəsizliyimlə bağlı narahatedici vəziyyətlə bağlı mənimlə əlaqə saxladılar.

Bakupost.az xəbər verir ki, bu barədə Dərya Səfai özünün "X" səhifəsində yazıb.

O bildirib ki, Belçika polisi İrandakı islam rejiminin onu oğurlayıb, Tehrana gətirmək istədiyi barədə həyəcanlı məlumat alıb:

"Onlar bunu Türkiyə vasitəsilə etməyi planlaşdırırdılar. Ona görə də mənə Türkiyəyə getməməyim tövsiyə olundu.

Bu xəbər Belçikanın Nümayəndələr Palatası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropanın terror təşkilatları siyahısına daxil edilməsi barədə qərarımı təsdiqlədikdən dərhal sonra gəldi.

İndi rejim bir Avropa ölkəsindən bir deputatı oğurlamaq, işgəncə vermək və edam etməyi planlaşdırır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar