ABŞ 17 ildən sonra ilk dəfə olaraq Böyük Britaniyada nüvə bombaları yerləşdirib.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu addım Rusiyaya siqnal vermək üçündür, yəni Vaşinqton NATO qarşısındakı öhdəliklərinə sadiq qalır və Avropadakı nüvə gücünü azaltmaq fikrində deyil.
Bildirilir ki, bu qərar həm də NATO-nun təhlükələrə qarşı müdafiə strategiyasını gücləndirməyə kömək edəcək.