Ru
23:15 / 28 May 2026

Pezeşkian: İran nüvə silahı axtarmır

Pezeşkian: İran nüvə silahı axtarmır
Eye

İran nüvə silahı axtarışında deyil.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Biz nüvə silahı axtarmırıq, regiondakı gərginliyin səbəbi İsraildir", - o bildirib.

İran Prezidentinin sözlərinə görə, ölkəsi alçaldılma ilə aparılan diplomatiyaya qarşıdır:

"İnsanların 80 gündən artıq meydanda qalması dünyanı heyrətləndirir. Halbuki iki bomba və raketin köməyi ilə bir qrup xainin ölkəni xaosa sürükləyəcəyini düşünürdülər".

M. Pezeşkian bildirib ki, İran dünyanın ən güclü dövlətinə müqavimət göstərib.

"Belə olan halda çətinlikləri qəbul etməliyik, müharibə aparıb hər şeyin adi qaydada davam etməsini gözləmək olmaz", - o xalqa müraciət edib.

Şərhlər
  • Bəhrami

    Yaxın-fərqli *Tarixçə*ləri silib, ya özünə məxsus yozub, Şanlı Səlnamələr yazdıran-yozduran haqq-hüquqdan çox uzaq vətəndaşları qarşısında öz ayrılmaz Konstitusion vəzifə həddlərini unudub, uzaq-hökmdar Cinayətini Şərəf-Şöhrət kimi xidmət edən Siyasi Liderlər yarım əsrdən çoxdur ki, ciddi mühakimə edilmir, cəzalandırılmır? Hərbi təcavüzlər və müharibələr həmin səbəbdəndir? İranda Nüvə-Atom yaradıcılığının təşəbbüskarı, məgər ABŞ deyildimi? İrak lideri *Səddamın da guya yeraltı nüvə silahları varmış?* Ən enerjili Yaxın Şərqdə kiçik ərazidə Sülh xəttinin bütöv dünya siyasəti hələ də razılaşdıra bilmir? Eləcə də, dünyəvi İnteqrasion Kreml Siyasəti özəl *Qərb*-*Şərq* sövdələşməsinə təslim etdiyini, daha geniş-zərərli hərbi-müharibə faciələri ilə qaytarmaq siyasi-düşüncəsindədir???

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar