ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin sona çatması ilə bağlı hər hansı bir qərar İran xalqının təhlükəsizliyi və maraqlarının təmin edilməsindən asılıdır.
Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pazeşkian hökumətin bu gün keçirilən iclasında deyib.
Pezeşkian ordunun göstərdiyi müqavimətin və İran xalqının müharibə boyunca nümayiş etdirdiyi milli birliyin ölkənin hazırkı kritik vəziyyətinin öhdəsindən gəlməkdə ən dəyərli amillərdən biri olduğunu vurğulayıb.
Pezeşkian həmçinin ölkənin müxtəlif şəhərlərində, xüsusən də axşamlar keçirilən "hökuməti dəstəkləmək" nümayişlərinin əhəmiyyətinə toxunaraq bildirib ki, axşamlar insanların toplaşması çox dəyərlidir və bu bir ilham mənbəyidir.