Ru
18:29 / 20 Aprel 2026

Polad Həşimovun illər əvvəlki fotosu GÜNDƏM OLDU

Polad Həşimovun illər əvvəlki fotosu GÜNDƏM OLDU
Eye

Şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun gənclik illərinə aid arxiv foto sosial şəbəkələrdə yayılıb.


Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, sözügedən şəkli onun həyat yoldaşı Ofeliya Salmanova paylaşıb. Fotoda Polad Həşimovun gənc yaşlarında hərbi formada əks olunduğu görünür. Paylaşımda şəklin onun mayor rütbəsində xidmət etdiyi dövrə aid olduğu qeyd olunur.

Yayılan kadr qısa zamanda sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

Xatırladaq ki, 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar