Ru
11:55 / 14 Noyabr 2019

Prezident Allahşükür Paşazadəyə orden verdi

Prezident Allahşükür Paşazadəyə orden verdi
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib.

Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində təqdim olunub.


Qeyd edək ki, Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar