Ru
18:22 / 24 Fevral 2020

Prezident Mikayıl Cabbarova yeni səlahiyyət verdi

9279
Prezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 25 may 2018-ci il tarixli fərmanına dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı fərmanla İqtisadiyyat Nazirliylinə, Maliyyə Monitorinqi Xidmətinin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.


Maliyyə Monitorinqi Xidmətinə isə qurumun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq etmək həvalə edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər