Ru
01:24 / 22 Yanvar 2026

Prezidentdən "Qarabağ"ın oyunu haqda: Hakimin ədalətsiz qərarı...

Prezidentdən "Qarabağ"ın oyunu haqda: Hakimin ədalətsiz qərarı...
Eye

Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə səhifələrində paylaşım edilib.

“Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”, - deyə dövlət başçısı bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar