Ru
18:29 / 12 Avqust 2026

Prezidentin səfir təyin etdiyi keçmiş ANS-çi... - DOSYE

Prezidentin səfir təyin etdiyi keçmiş ANS-çi... -  DOSYE
Eye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.


"Bakupost" xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.


Bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alan Nərminə Mustafayeva ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.


O, kariyerasının ilk illərində 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, eyni zamanda “Xəbərçi” proqramının aparıcısı olub.


Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist ardınca Prezident Administrasiyasının Protokol xidmətində çalışıb. O, diplomatik fəaliyyətinə qədər 15 il müddətinə burada işləyib.


Nərminə xanım ailə qurduqdan sonra Mustafayeva soyadını götürüb.


O, bu təyinata qədər Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. 2020-ci il iyulun 28-də baş konsulu təyin edilən Nərminə Mustafayeva 6 il İstanbulda baş konsul işləyib. 27 İyul 2026-cı il tarixində isə geri çağırılıb.


O, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.


Evlidir, üç övladı var.


İngilis, rus və türk dillərini bilir.


Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar