Ru
09:01 / 07 Noyabr 2025

Psixoloji narahatlıq yaşayanların sevdiyi rəng

Psixoloji narahatlıq yaşayanların sevdiyi rəng
Eye

Rənglər sadəcə estetik seçim deyil – onlar insanın enerjisini, ruh halını və gündəlik davranışlarını formalaşdıran mühüm psixoloji amildir. Elm adamlarının apardığı tədqiqatlar göstərir ki, hər rəng insan psixikasında fərqli emosional təsir yaradır və bəzən bu təsir müəyyən şəxsiyyət pozuntuları ilə birbaşa əlaqəlidir.

Bakupost.az xəbər verir ki, müxtəlif illərdə və ölkələrdə aparılmış bir sıra araşdırmaların nəticələri, psixoloji gərginlik və ya ruhi pozuntular yaşayan insanların ən çox sevdiyi rəngin mavi olduğunu ortaya qoyub.

Ən çox seçilən rəng: Mavi

Bu mövzuda ilk elmi məlumat 1961-ci ildə “American Journal of Psychology” jurnalında dərc olunub. Həmin tədqiqatda psixiatrik xəstələrin 40%-dən çoxu ən sevdiyi rəngin “mavi” olduğunu bildirib.

2017-ci ildə Çində aparılan daha genişmiqyaslı araşdırma isə depressiya diaqnozu qoyulmuş şəxslərin mavi və bənövşəyi kimi soyuq tonlara daha yaxınlıq hiss etdiyini, müalicə prosesindən sonra isə sarı, çəhrayı və narıncı kimi isti rənglərə marağın artdığını göstərib.

“Mavi, rahatlıq yox, nəzarət hissi yaradır”

2019-cu ildə psixoloq Mark Nemirof (Mark Nemiroff) tərəfindən aparılan araşdırmada qeyd olunur ki, mavi rəng insan beynində bir növ “emosional təskinlik” effekti yaradır. Lakin o, bu rəngin psixoloji pozuntusu olan şəxslərdə rahatlıq deyil, nəzarət hissi doğurduğunu vurğulayıb.

“Mavi rəng, insanın daxili xaosunu sabit saxlamaq üçün bir növ psixoloji qoruma mexanizminə çevrilir”, – deyə Nemirof bildirib.

Duyğusal tarazlıq və “emosional əyləc” təsiri

Mavi rəng sakitlik, güvən və sabitlik simvolu sayıldığı üçün bəzi insanlar onun təbii sakitləşdirici təsirindən instinktiv şəkildə faydalanmağa çalışır.

2025-ci ilin əvvəlində “Journal of Personality Research” jurnalında dərc olunan yeni araşdırma da bu nəticəni təsdiqləyib. Orada “Qaranlıq Üçlük” (Dark Triad) adlanan – psixopatiya, narsisizm və makyavelizm kimi şəxsiyyət xüsusiyyətlərinə malik insanların emosional cəhətdən soyuqqanlı görünsələr də, əslində yüksək dərəcədə narahat və qeyri-sabit olduqları göstərilib.

Tədqiqatçılara görə, mavi rəng bu şəxslər üçün bir növ emosional “əyləc” rolunu oynayır və daxili gərginliyi minimuma endirir.

“Nəzarəti itirməkdən qorxurlar, amma hisslərini ifadə edə bilmirlər”

Mütəxəssislər bildirirlər ki, mavi rəngin həm rahatlıq, həm də emosional uzaqlıq hissini birləşdirməsi, onu psixoloji narahatlıq yaşayan insanlar üçün ən “təhlükəsiz” rəngə çevirir.

“Bu insanlar nəzarəti itirməkdən qorxurlar, amma hisslərini ifadə edə bilmirlər. Mavi rəng onların bu ziddiyyətli daxili dünyasını təmsil edir,” – deyə psixoloqlar bildirir.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar